Ağdamda mina partlayıb –keçmiş kəşfiyyatçı "Gizir Xanı" həlak olub

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində tarixində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır: “ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”.

 

Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov “Gizir Xanı” ləqəbi ilə tanınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.