Ağdamda qadın itkin düşüb. AzPost xəbər verir ki, Quzanlı qəsəbə sakini Hüseynova Mahirə Məzahir qızı martın 20-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Ağdam rayon Polis Şöbəsi tərəfindən axtarışlar aparılır.
Əlavə olaraq oxu:
Paytaxtda 12 yaşlı məktəbli qız itkin düşüb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Baku.vs-ə itkin düşmüş Fidan Salayevanın dayısı məlumat verib.
Onun sözlərinə görə, bacısı qızı ötən gün təxminən saat 13-14 radələrində Maştağa qəsəbəsindəki 22 saylı məktəbdən çıxaraq “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 166 saylı avtobusa minib: “Adətən məktəbdən şagirdləri servis avtobusu götürür. Amma ötən gün Fidan avtobusa minməyib və sinif yoldaşına Həzi Aslanovda işləyən anasının yanına gedəcəyini bildirərək digər marşruta əyləşib. O, anasının yanına gedib çıxmayıb. Fidanın əynində qırmızı gödəkcə, timsah dərisinə bənzər materialdan hazırlanmış məktəbli çantası olub”.
Onu görənlərdən (050, 070) 578 30 31 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.