Ağdamda Qarabağ xan ailəsinin qəbirləri açılıb –DNT nümunələri götürülüb

İmarət kompleksinin tədqiqi zamanı türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb və onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNT nümunələri götürülüb.

Bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.

“Çünki bu gün yazılı mənbələrdə hələ də hansı türbədə hansı xanın ailəsinin dəfn olunmasına dair ziddiyyətli fikirlər var. Antropologiya sahəsindəki yeni tədqiqat üsullarını tətbiq edərək onların kimliyini dəqiqləşdirməklə yanaşı, həm də onların beyin sümüklərini skan etməklə üz cizgilərini də müəyyənləşdirə biləcəyik. Yəni aparılan tədqiqatların yekununda biz Qarabağ xanlığının tarixi gerçəkliyini dəqiq bir şəkildə xalqımıza və ictimaiyyətə təqdim edə biləcəyik”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.