Ağdamda əlillərin sosial müdafiəsinə dəstəklə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək” layihəsi icra edilir.

“Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək” layihəsi respublikanın Bərdə, Ağdam, Tərtər, Yardımlı rayonlarında keçirilməyi planlaşdırılıb. Artıq Yardımlı, Tərtər rayonlarında tədbirlər keçirilib. Növbəti tədbir isə Ağdamda baş tutub.

Qeyd edək ki, layihənin  benifisiarları  hər yaş qrupundan müəyyən edilib:

  • Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri:
  • Doğuşdan sağlamlıq imkanları məhdud olan şəxslər:
  • Peşə fəaliyyəti zamanı əlil olan şəxslər.

Tədbiri Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri, layihə rəhbəri Xədicə Mikayılova açaraq şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra layihənin icra olunmasında məqsədi izah edilib. Layihə rəhbəri Xədicə Mikayılova qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin sosial durumlarının, hüquqlarının öyrədilməsi  səviyyəsinin yüksəldilməsi, bunun üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi , onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarını artırmaqdır.

Tədbir iştirakçılarından Yasəmən Quliyeva, Aysel İsmayılova, Səbuhi Məmmədli, Adil Ələsgərov layihənin icrasında ictimai birliyə uğurlar arzuladılar. Onlar qeyd etdilər ki, paylanan dəftərxana ləvazimatlarında Məlumatlandırma toplusunun olması gözəl addımdır. Axı əlillər üçün dövlətin , Prezidentin verdiyi qərar və sərəncamlala hər kəs tanış ola bilmir. Bu Məlumatlandırma toplusunda bizə aid , öyrənə biləcəyimiz çox məsələlər var.

Çıxışçılardan bir çoxu qarşılaşdıqları problemlərlə bağlı Xədicə Mikayılovadan dəstək istədilər. O,müraciət edənlərə rəsmi ərizə yazmalarını, problemlərinin nədən ibarət olduğunu qeyd etmələrini xahiş etdi.

Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirildi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.