Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb

Ağdaş rayonunda odlu silahla ölüm hadisəsi baş verib.

Hadisə rayonun Yenicə kəndindəki mal-qara fermasında baş verib. 

Ləki qəsəbə sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu ov tüfəngindən açılan atəş nəticəsində başından güllə yarası alıb. 

O, hadisə yerində ölüb. N. Süleymanzadənin özünə qəsd etdiyi ehtimal olunur. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb –

Sonrakı məqalə

Pandemiyanın yaratdığı 1 milyard dollar kəsiri necə bağlayacağıq?!