Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb –FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə H. Hacıyev “Twitter” hesabında paylaşım edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib.

Eyni zamanda, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”-

Sonrakı məqalə

Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb