Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Ağdaşda polis fermerlərin pulunu mənimsəyən dələduzu həbs edib

User 25 Oktyabr 2025 - 13:50 (Last updated: 25 Oktyabr 2025 - 20:12)
elnur

Ağdaş Rayon Polis Şöbəsi yerli fermerlərin etibarından sui-istifadə edərək onlara külli miqdarda zərər vuran dələduzu həbs edib.

Bu barədə adının çəkilməsini istəməyən zərərçəkmişlərdən biri “AzPolitika”ya məlumat verib.

Mənbənin bildirdiyinə görə, Göyçay rayon Ləkiçıplaq kənd sakini Yaqubov Elsun Əziz oğlu etibarından sui-istifadə edərək onun külli miqdarda vəsaitini mənimsəyib. Belə ki, ondan meyvə alıb, pulun bir hissəsini ödəyib, qalanını isə 2-3 saata gətirəcəyini vəd edərək, aradan çıxıb. Sonradan öyrənib ki, E.Yaqubov onlarla digər şəxsi də bu üsulla aldadıb. Lakin hər dəfə hansısa üsulla, ola bilsin kimlərsə tərəfindən himayə olunduğundan məsuliyyətdən yayına bilib. “Hətta 21 fermerin birgə şikayətinin də nəticə vermədiyi haqda mənə məlumat verildi. Lakin keçən il oxşar əmələ görə Göyçay polisi tərəfindən sutkalıq həbsə göndərildiyi bildirilir. Buna baxmayaraq, meyvə alveri adı altında dələduzluq əməllərini yenə davam etdirib. Yaxınları onun guya hansısa nüfuzlu idarə tərəfindən himayə olunduğu, bu səbəbdən heç kimin ona heç nə edə bilməyəcəyi barədə şayiələr yayırlar”.

Şikayətçi bildirir ki, onun şikayətindən sonra oktyabrın 24-də Ağdaş RPİ Elsun Yaqubovu saxlayıb və məhkəmə onu həbsə göndərib: “Lakin məndə məlumat var ki, o, bu dəfə də məsuliyyətdən yayınmaq üçün ciddi cəhdlər göndərir. Yaxınları Şəki Apellyasiya Məhkəməsinin işə baxacaq hakimi ilə “anlaşmağa” və dələduzu həbsdən azad etdirməyə çalışırlar. Hətta bu məhkəmənin nümayəndələrinin müəyyən canfəşanlığından belə başa düşmək olar ki, bu “anlaşma” artıq baş tutub”.

Şikayətçi saytımız vasitəsilə Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət edərək, sözügedən işi nəzarət altında saxlamağı xahiş edir.

 

https://youtu.be/wH_exv-SHQA

 

AzPost.az

Post navigation

Previous: Bu qərar ikinci əl avtomobillərini bahalaşdıracaq –
Next: Bu il Azərbaycana 27 min tona yaxın palma yağı idxal edilib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.