Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir

User 08 Sentyabr 2026 - 15:03 (Last updated: 08 Sentyabr 2026 - 15:03)
agentlik

Azərbaycanda rəqəmsallaşma gündəliyinin əsas hədəflərindən biri dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” adlı sessiyada deyib.

O bildirib ki, rəqəmsallaşma ayrı-ayrı xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmamalı, gündəlik proseslərə geniş miqyasda təsir göstərməlidir. Milli səviyyədə tətbiq olunan rəqəmsal həllər vətəndaşların və biznes subyektlərinin gündəlik proseslərini əhəmiyyətli dərəcədə dəyişir.

Fərid Osmanov qeyd edib ki, Azərbaycan son dövrdə rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası, rəqəmsal sürətləndirmə və fəaliyyət planı da daxil olmaqla, bu sahədə bir sıra mühüm sənədlər qəbul edib.

Agentlik sədri bildirib ki, növbəti üç il üçün əsas məqsədlərdən biri dövlət xidmətlərinin daha proaktiv formata keçirilməsidir. Bu yanaşma dövlətlə vətəndaşlar, eləcə də biznes arasında qarşılıqlı əlaqənin sadələşdirilməsinə və xidmətlərin vətəndaşın müraciətini gözləmədən təqdim edilməsinə imkan verəcək.

“Əsas hədəf dövlət xidmətlərini daha görünməz və proaktiv etməkdir. Xidmətləri vətəndaşlara və biznesə daha səmərəli şəkildə çatdırmaq, müraciətlərin, lisenziyalaşdırma proseslərinin, bürokratiyanın və kağız sənədləşmənin minimuma endirilməsi qarşıdakı dövr üçün əsas istiqamətlərdəndir”, – deyə Fərid Osmanov vurğulayıb.

Onun sözlərinə görə, rəqəmsallaşma nəticəsində dövlət-vətəndaş və dövlət-biznes münasibətlərində mövcud boşluqların aradan qaldırılması, xidmətlərə çıxışın asanlaşdırılması və inzibati proseslərin sadələşdirilməsi nəzərdə tutulur.

Fərid Osmanov qeyd edib ki, Azərbaycanın rəqəmsallaşma siyasətinin məqsədi vətəndaşın dövlət xidmətindən istifadə etmək üçün mümkün qədər az vaxt və resurs sərf etdiyi, dövlətlə qarşılıqlı əlaqənin isə daha sadə və çevik olduğu sistem formalaşdırmaqdır.

AzPost.az

Post navigation

Previous: Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib
Next: FAO-nun tədbirində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin icrası müzakirə olunacaq

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.