Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

FAO-nun tədbirində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin icrası müzakirə olunacaq

User 08 Sentyabr 2026 - 15:07 (Last updated: 08 Sentyabr 2026 - 15:07)
FAO

Macarıstanın paytaxtı Budapeşt şəhərində “17-ci Beynəlxalq LANDNET işçi görüşü və ailə təsərrüfatları üzrə ikinci regionlararasi dialoq” keçirilir. Sentyabrın 11-dək davam edəcək tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması, gənclər və qadınlar da daxil olmaqla əhali üçün layiqli yaşayış şəraiti yaradan dinamik kənd ərazilərinin inkişafı, eləcə də iqlim dəyişikliyi, kənd ərazilərinin üzləşdiyi çağırışlara hazırlığın gücləndirilməsi məsələləri müzakirə olunur.

Görüş çərçivəsində torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiyanın geniş müzakirəsi də nəzərdə tutulub. Strategiya bir-birini tamamlayan bu iki torpaq idarəetmə alətinin tətbiqi üçün daha geniş siyasət çərçivəsi müəyyənləşdirir, onların müxtəlif problemlərin həllində tətbiq mexanizmlərini və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımları əhatə edir.

Tədbir çərçivəsində torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və ekspertlərlə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.1.1.3-cü bəndinin – torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi – icrası ilə bağlı məsələlər də müzakirə edilir.

Bu çərçivədə Dünya Bankı ilə əməkdaşlıq əsasında Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd kənd təsərrüfatı torpaqlarının həddindən artıq parçalanmasının qarşısının alınması, təsərrüfatların orta ölçüsünün artırılması və daha səmərəli təsərrüfat strukturlarının formalaşdırılmasıdır.

Bu alətlər, həmçinin kənd ərazilərinin inkişafı və iqlim dəyişikliyinin yaratdığı çağırışlara cavab verilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə olunmasına, o cümlədən onların yeni məqsədlər üçün istifadəsinin təşkilinə imkan yaradır.

Torpaqların konsolidasiyası və torpaq bankçılığı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların aktiv idarə edilməsi və icarələrin təşkili kimi digər torpaq idarəetmə alətləri ilə kompleks şəkildə tətbiq oluna bilər.

AzPost.az

Post navigation

Previous: Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir
Next: PISA 2025 nəticələri üzrə Azərbaycan ən yüksək irəliləyiş göstərən ikinci ölkə oldu

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin görüşü mühüm əhəmiyyət daşıyır....
Read more about “Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.