Dövlət Məşğulluq Agentliyi fərdi sahibkar İbadova Gülnarə Sultan qızı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, qurum sahibkardan ofis icarəyə götürəcək.
Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 998 599,6 manatdır. Bu məbləğə sahəsi 8.335 kv.metr olan ofis icarəyə götürüləcək. İcarə müddəti haqqında məlumat yoxdur.
Açıq mənbələrdə Gülnarə İbadova haqqında da hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məıumatlardan isə aydın olur ki, Dövlət Məşğulluq Agentliyi bundan əvvəl də Gülnarə İbadova ilə ofis icarəsi üçün satınalma müqaviləsi imzalayıb.