Ağstafada 24 yaşlı oğlan benzin tökərək özünü yandırıb

Tibbi Yardım
Tibbi Yardım

Ağstafa sakini yanıq xəsarətləri alıb.

Hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Şahin Namazov bədəninin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Şahin Namazov üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdən özünü yandırması məlum deyil. Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.