Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada vəfat etdi

08 Sentyabr 2021 - 13:27

Həbsdə olan sabiq icra başçısı vəfat edib.

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev dünən dünyasını dəyişib.

Sabiq icra başçısı Gəncə modul tipli xəstəxanada COVID-19-dan vəfat edib.

Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki , Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.O, işində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.