Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ayvazalı Orucov vəfat edib.
AzPost bildirir ki, bu barədə sabiq prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov məlumat verib.
O, ağır xəstəlikdən 64 yaşında dünyasını dəyişib.
Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından və bilavasitə iştirak edib.
Müstəqillik əldə edildikdən sonra, 1992–1993-cü illərdə o, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var.
Allah rəhmət eləsin.
