Ağsuda 3.1 bal gücündə zəlzələ olub

10 Avqust 2020 - 00:36

Ağsu rayonu ərazisində 3.1 bal gücündə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təbiət hadisəsi avqustun 9-da yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə qeydə alınıb.

Yeraltı təkanların ocağı 13 km dərinlikdə olub.