“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC-yə indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.
AzPost-un əldə etdiyi xəbərə görə, şirkətə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2006-ci ildə 4 hal üzrə ümumilikdə 160 manat, 2011-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2019-cu ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2022-ci ildə 2 hal üzrə ümumilikdə 2040 manat, 2023-cü ildə1 hal üzrə ümumilikdə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Əvvəlki illərdən nəticə çıxaran şirkətə qarşı ötən il isə maliyyə sanksiyası tətbiq edilməyib.
Xatırladaq ki, “Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC isə 2004-cü ildə yaradılıb və nizamnamə kapitalı 110 225 020 manatdır. Şirkətin qanuni təmsilçisi və rəhbəri Gokhan Tasdemirdir. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə Ahmad Gozaldır. O, şirkətlər qrupunun qurucusu Abdulbari Gozalın oğludur.