Aİ-92 markalı benzinlə bağlı MÜHÜM AÇIQLAMA

Benzin
Benzin

“2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılılığımız kəskin artır.  Hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik”.

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi  avtomobil benzininin istehsal həcminin illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşdüyünü bildirib:

“Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən  çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.