Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan bəyanatında deyilir.

Bildirilir ki, Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2021-ci il fevralın 28-dək uzatmaq qərarına gəlib.

Sənəddə izah olunur ki, Brüssel silah və polis xüsusi texnikası təchizatına embarqonun, həmçinin belaruslu dörd təhlükəsizlik işçisinə qarşı viza məhdudiyyətlərinin müddətini 1999-2000-ci illərdə iki müxalif siyasətçi, bir iş adamı və bir jurnalistin sirli şəkildə yoxa çıxmasının səbəbinin araşdırılıb tapılmamasına görə uzadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik:

Sonrakı məqalə

Sumqayıtda 13 bağ evini qarət edən şəxslər tutulub