Aİ-də inflyasiya yüksələrərk 7,6 faizə çatacaq- “Bloomberg” səbəbləri açıqladı

Avropa Komissiyasının ilkin proqnozuna görə, 2022-ci il üçün Avropa İttifaqı ölkələrində illik inflyasiya əvvəlki proqnoza nisbətən pisləşəcək və 6,1 faizdən 7,6 faizə yüksələcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, buna Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəb olub.

Proqnozlara görə, 2023-cü ildə inflyasiya səviyyəsi əvvəllər gözlənilən 2,7 faiz əvəzinə 4 faizə yüksələcək. ÜDM proqnozu da pisləşəcək və 2,7 əvəzinə 2,6, 2023-cü ildə 2,3 əvəzinə 1,4 faiz səviyyəsində olacaq.

Proqnozun pisləşməsinin əsas faktorları sırasında tələbata məhdudiyyətlər qoyan qiymət artımı, həmçinin qaz tədarükünün azalması ilə əlaqədar enerji qıtlığı göstərilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.