Aİ məşhur aktyor Stiven Siqala sanksiya tətbiq etmək istəyir

Rusiya vətəndaşlığını qəbul etmiş amerikalı aktyor Stiven Siqal Avropa İttifaqının sanksiyalarına məruz qala bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Euobserver” yazır.

Aktyor Ukraynadakı müharibəni dəstəklədiyini bildirir, bunu Rusiya üçün nasistlərlə mübarizə aparmağın zəruriliyi kimi əsaslandırır.

Aİ nümayəndəsi nəşrə bildirib ki, məsələyə baxılır və hüquqi əsaslar olarsa, Siqal qara siyahıya salınacaq.

Azpost.info

Əvvəlki məqalə

Abşeronda saxta araq hazırlayan sex aşkar edilib, dəstə ələ keçib –

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünü alqışlayırıq”