“Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünü alqışlayırıq”- RUSİYA XİN

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz mayın 10-na planlaşdırılan bu görüşü alqışlayırıq”, – XİN rəsmisi Rusiyanın görüşdən gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib.

Zaxarova qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması proseslərinə dəstəyini davam etdirməyə hazırdır.

O xatırladıb ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq və danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Azpost.info

Əvvəlki məqalə

Aİ məşhur aktyor Stiven Siqala sanksiya tətbiq etmək istəyir

Sonrakı məqalə

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək