Avropa Parlamentinin (AP) sədr müavini Katarina Barli İtaliyada keçirilən seçkilərdə sağ mərkəzçi koalisiyanın qələbəsindən narahatlığını bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
““İtaliya Qardaşları”nın lideri Giorgia Meloni Baş nazir olacaq. Onun siyasi modelləri Viktor Orban (Macarıstanın Baş naziri) və Donald Trampdır (ABŞ-ın keçmiş prezidenti)”, – Barli bildirib.
Onun fikrincə, partiyanın qələbəsi narahatlığa səbəb olur, çünki bu yolla “avtokratlar” Avropa İttifaqı Şurasında lobbiçi əldə edərək Aİ mexanizmlərinin çarxına daş atacaqlar.
Azpost.info