Avropa İttifaqının (Aİ) “Brexit” danışıqları üzrə müşaviri Mişel Barnier koronavirusa yoluxub.
APA-nın xəbərinə görə, bu barədə M. Barnier “Twitter”də bildirib.
“Sizə bildirmək istəyirəm ki, mənim COVID-19-la bağlı yoxlanışımın nəticəsi müsbət çıxıb. Özümü yaxşı hiss edirəm və müsbət ruhdayam. Mən vacib olan bütün təlimatları izləyirəm. Bu virusa yoluxanlar və hazırda karantində olanlar, biz birlikdə bunun öhdəsindən gələcəyik”, – deyə M. Barnier qeyd edib.