Aİ-nin texniki qrupu İrəvana gəlir- Azərbaycanla sərhəddə missiyanın yerləşdirilməsini müzakirə edəcək

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsini müzakirə etmək üçün bu gün İrəvana texniki qrup göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.

“Bu məsələlər hələ də müzakirə olunur. Bu gün Avropa İttifaqından texniki qrup gələcək. O da Aİ-nin faktaraşdırıcı missiyasının hansı meyarlara uyğun yerləşdirilməli olduğunu müzakirə edəcək”, – Ovannisyan deyib.

KTMT missiyasının Ermənistana göndərilməsinin mümkünlüyünə toxunan nazir müavini bildirib ki, İrəvan ölkənin təhlükəsizliyini gücləndiriləcək bütün təkliflərə açıqdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.