Aİ ölkələrində mafiyaya qarşı əməliyyat keçirilib– 100-dən çox saxlanılan var

Almaniya və bir sıra digər Avropa ölkələrinin polisi “Europol” və “Eurojust”un iştirakı ilə İtaliyanın “Ndrangheta” mafioz qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Azpost.info xəbər verir ki, axtarışlarda Almaniya, Belçika, Fransa, İtaliya, Portuqaliya və İspaniyanın hüquq-mühafizə orqanları iştirak edib.

Almaniyada əməliyyat beş federal əyalətdə – Bavariya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalts, Saar və Türingiyada keçirilib və 1000-dən çox insan iştirak edib. Yaşayış və ofis binalarında aparılan axtarışlardan sonra 30-dan çox adam saxlanılıb.

Eyni zamanda İtaliyada 108, Belçikada 6, Fransada 3, Portuqaliya, Rumıniya və İspaniyada isə hər birində bir şübhəli saxlanılıb. Şübhəlilər çirkli pulların yuyulmasında, vergidən yayınmada və külli miqdarda narkotik qaçaqmalçılığında ittiham olunurlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.