Macarıstan Baş naziri Viktor Orbanın xarici siyasət məsələlərində müstəqilliyi ölkəsinə baha başa gələ bilər. İyul ayında Macarıstan Aİ-yə sədrlik etməyə başladı, lakin artıq avqust ayında onun ittifaqdakı həmkarları xarici işlər nazirlərinin Budapeştdə təşkil olunan görüşünə məhəl qoymamaq niyyətindədirlər.
Azpost.info xəbər verir ki, avqustun 28-29-da keçiriləcək sammitdə Macarıstan Aİ-nin xarici siyasət gündəmini ilin sonuna qədər təyin etməyi planlaşdırırdı. Lakin Avropa diplomatiyasının rəhbəri Jozep Borrel xarici işlər nazirləri şurasının rəsmi iclasını eyni tarixlərə təyin edəcək.
Bu barədə “Politico”ya məlum planlardan birbaşa xəbəri olan diplomatlar danışıb.
Onlardan birinin sözlərinə görə, eyni gündə Borrel və nazirlər Budapeştə gedə bilməyəcəklər.
Bu plan Almaniya və Fransa da daxil olmaqla bir neçə ölkə ilə qeyri-rəsmi müzakirə olunub. Digər diplomat bildirib ki, Budapeşt görüşünü boykot etməklə, nazirlər Macarıstanın Aİ adından danışmadığına dair aydın siqnal vermək istəyirlər.
Azpost.info