Aİ Putini tənqid edən Azərbaycan əsilli milyarderi sanksiyalardan azad etdi- QƏRAR

Avropa İttifaqı Şurası Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edib.

Azpost.info xəbər verir ki, biznesmen Qriqori Berezkin, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqin də məhdudiyyətlərdən azad edilib.

Əhmədov, Berezkin və Şulqin Ukraynada müharibə başlayandan ay yarım sonra – 2022-ci il aprelin 8-də “qara siyahı”ya düşüblər.

F.Əhmədov siyahıya Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən aparıcı iş adamı kimi daxil edilmişdi. Mart ayında internetə onun telefon danışığının səs yazısı sızmışdı. Həmin səs yazısında Fərhad Əhmədov Ukraynadakı müharibəni və Rusiya prezidenti Vladimir Putini sərt tənqid etmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.