Aİ Qarabağ münaqişəsindən sonra regionda dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək

“Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti müzakirə etdim. Aİ olaraq münaqişədən sonra necə dəstək verəcəyimiz barədə danışdıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Komissar bildirib ki, Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək: “Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Aİ olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir, Gürcüstan Baş nazirini buna görə təbrik edirəm, o, tərəfləri bu addımı atmağa inandırıb. Biz Aİ olaraq dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırıq. Tərəflər regionun bərpası, yaraların sağalması üçün Aİ-nin dəstəyini istəyəcəyi təqdirdə, Aİ həmişə burdadır, hər iki tərəf üçün əlçatandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir”

Sonrakı məqalə

“İqtisadi və İnvestisiya Planı ilə regiona dəstək olacağıq” –