“Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir”Aİ komissarı

“Azərbaycan regionun ən çiçəklənən, güclü ölkəsidir. Ölkə pandemiya ilə uğurlu mübarizə aparıb, Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkədir. Buna görə Azərbaycan hökumətini, xalqını təbrik edirəm”.

Bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Onun sözlərinə görə, Azərbaycanın gələcəyi və rifahı regiondakı ölkələrin gələcəyindən və rifahından asılıdır: “Biz Azərbaycan hökuməti ilə İqtisadi və İnvestisiya Planının necə reallaşması, Azərbaycanın necə inkluziv olması barədə aspektləri müzakirə etdik”.

Komissar qeyd edib ki, bölgədə rəsmilərlə müzakirələr apararkən ortaq mövzuların – bağlılıq, əlaqələnmə məsələsinin problem kimi ortaya çıxmasının şahidi olublar: “Bu problem ticarətə, iqtisadiyyata mane olur. Əlaqələnmə deyərkən, mən Qara dənizin Xəzərə bağlanmasını, Azərbaycandan keçən xətləri nəzərdə tuturam. Azərbaycan çiçəklənən ölkədir, ola bilsin, onun Aİ-nin maliyyə dəstəyinə ehtiyacı olmasın. Buna görə biz Azərbaycanla əməkdaşlığa fərqli aspektdən yanaşırıq. Avropadan investorların buraya cəlbini, bilik və təcrübənin paylaşılmasını vurğulayırıq ki, bu da bizim aramızda uzunmüddətli əməkdaşlıq üçün əsas ola bilər. Ona görə bu gün mən həm də Bakı Limanına getdim, rəhbərliklə maraqlı müzakirəmiz oldu, onların limanın inkişafı ilə bağlı planları var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 104 nəfər COVID-19-a yoluxub, 39 nəfər sağalıb

Sonrakı məqalə

Aİ Qarabağ münaqişəsindən sonra regionda dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək