Ukraynada hərbi əməliyyatlar başlayandan rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin həcmi 13,8 milyard avro təşkil edib.
Azpost.info xəbər verir ki, bunu Avropa komissarı Didye Reynders deyib.
Onun sözlərinə görə, aktivlərin böyük hissəsi (12 milyard avro) beş Aİ ölkəsi tərəfindən dondurulub.
“Hazırda bu beş ölkə olaraq oliqarxların və müxtəlif təşkilatların 13,8 milyard avro məbləğində aktivlərini dondurmuşuq. Biz başqalarını da nümunə götürməyə təşviq etməliyik. Əlavə məlumat üçün məktublar göndərmişik”, – Reynders Aİ ədliyyə nazirlərinin Praqada görüşü zamanı bildirib.
Azpost.info