Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.
Azpost.info xəbər verir ki, məhdudiyyətlər Rusiyada insan hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı yönəlib.
Qərar Aİ-yə Rusiyada müxalifətin təqibinə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək. Bunlara, xüsusilə, onların aktivlərinin dondurulması və Aİ ölkələrinə girişinə qadağa daxildir.
İlk addım kimi, 20-yə yaxın şəxs və təşkilat sanksiya siyahısına daxil ediləcək.
Azpost.info