Aİ səfirləri Ukraynaya 50 milyard avronun ayrlması üçün sənədi razılaşdırıblar

Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynaya 50 milyard avro məbləğində yardım göstərmək üçün lazım olan sənədləri razılaşdırıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, razılaşdırılmış mətn indi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Kiyevin martın əvvəlindən vəsait almağa başlayacağı gözlənilir.

Fevralın 1-də Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Kiyevə uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər. Proqram orta hesabla ildə 12,5 milyard avro olmaqla 2024-2027-ci illər üçün nəzərdə tutulub .

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.