Avropa İttifaqı Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri araşdıracaq xüsusi prokurorluğun yaradılması imkanlarını araşdırır.
Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Bloomberg” yazıb.
Mənbənin sözlərinə görə, Ukrayna və digər ölkələrin prokurorlarının daxil olacağı qurumun yaradılması ideyası Aİ üzvləri tərəfindən geniş dəstək alıb.
“Bloomberg”in məlumatına görə, Avropa Komissiyası təklif olunan beynəlxalq strukturun səlahiyyətlərini və digər məsələləri Avropa Ədliyyə Əməkdaşlığı Agentliyi ilə də müzakirə edir.
Azpost.info
