“Səfirlik diplomatik korpusların olduğu rayondadır, terrorçu ora necə gəlib?” –İranlı politoloq Rza Talebi

“Tehranda Azərbaycan səfirliyinə hucum terror aktıdır. Əgər İran hakimiyyətinin bunun arxasında olduğu üzə çıxsa Tehran üçün ağır siyasi nətcələri olacaq”.

Azpost.info bildirir ki, bu sözləri haqqın.az saytına İrandan olan politoloq Reza Talebi baş verən hadisəni şərh edərkən bildirib.

Politoloq İran polisinin hucumu ailə-məişət hadisəsi kimi təqdim etməsini “gülməli” adlandırıb: “Tehran mağazalarında “Kalaşnikov” avtomatı satılmır. Bundan başqa silahlı şəxsin Tehranın diplomatik korpuslarının yerləşdiyi Daurs rayonuna gəlməsi elə də asan deyil. Şəhər rəhbərliyi bu rayonun təhlükəsizliyinin təmin edilməsinə xüsusi fikir verir. Daha bir qəribə məsələ silahlı terrorçunun səfirliyi mühafizə edən iranlı polisin qarşısndan sakitcə keçməsidir. Belə çıxır ki, İran polislərindən heç kim onu girişdə saxlamayıb?”

Rza Talebi hesab edir ki, əgər İranın hakim dairələrinin bu hadisəyə aidiyyəti üzə çıxsa beynəlxalq səviyyəli qalmaqal yaranacaq.  Bu o deməkdir ki, İran beynəlxalq norma və konvensiyaları pozub: “Tehran və Bakı arasında münasibətlər kifayət qədər gərgindir. Buna görə, Azərbaycanla istənilən hərbi münaqişə İran üçün təhlükəlidir. Çünki belə olarsa İranın azərbaycanlı əhalisi Azərbaycandakı qardaşları ilə həmrəy olacaqlar. İranda bunu yaxşı bilirlər”.

Politoloq terror aktının İrandakı radikal qruplaşmalardan birinin törədə biləcəyini də istisna etməyib.

Talebi həmçinin analoji hadisə olaraq Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsini xatırladıb. O zaman FETO qruplaşmasına məxsus terrorçu səfir Andrey Karlovu öldürmüşdü. Terrorçuların məqsədi Rusiya və Türkiyəni bir-biri ilə toqquşdurmaq idi. Politoloq hesab edir ki,  Tehranda Azərbaycan səfirliynə hucumla hansısa şiə qruplaşmasının İran və Azərbaycan arasında hərbi münaqişə üçün təxribat yaratmaq məqsədi olub.

 

Əvvəlki məqalə

Aİ Ukrayna üzrə xüsusi prokurorluğun yaradılmasını müzakirə edir

Sonrakı məqalə

Hikmət Hacıyev Britaniya səfiri ilə görüşüb