Aİ XİN rəhbərləri Qəzza zolağının tam blokadasına qarşı çıxıb

Avropa İttifaqının xarici işlər nazirləri Qəzza zolağının tam blokadasına qarşı çıxır və hər iki tərəfi humanitar qanunlara hörmət etməyə çağırır.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Bu o deməkdir ki, Qəzzanın mülki əhalisi su, qida və ya elektrik enerjisindən məhrum olmayacaq”, – Borrel bildirib.

O qeyd edib ki, bütün fələstinlilər terrorçu deyil, buna görə də kollektiv cəza ədalətsizdir, Aİ və dünyanın qalan hissəsinin maraqlarına ziddir.

Qəzza zolağının tam blokadaya alınmasını oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant elan edib: “Biz Qəzzanı tam blokadaya salırıq… Nə elektrik, nə yemək, nə su, nə qaz olacaq”.

Bir gün əvvəl BMT İsrailin Qəzza zolağının blokadaya alınması qərarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Ümumdünya Səhiyyə Təşkilatı həmin gün dərman çatışmazlığı səbəbindən Qəzzaya humanitar dəhlizin açılmasını istəyib.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir” –

Sonrakı məqalə

“Həm İsrail, həm də Fələstində mülki əhalinin öldürülməsini qınayırıq” –