“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir” –KREMLDƏN AÇIQLAMA

“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: “Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir”.

Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: “Lakin Ermənistanla təmaslar davam edəcək”, deyə Kreml rəsmisi qeyd edib.

Əvvəlki məqalə

“İsrailin özünü müdafiə etmək hüququ var, lakin…”

Sonrakı məqalə

Aİ XİN rəhbərləri Qəzza zolağının tam blokadasına qarşı çıxıb