Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri təyin edildi –SƏRƏNCAM /DOSYE

Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub.

1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.