Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ailə dəyərlərinin təbliği ilə bağlı layihə davam edir

User 18 Oktyabr 2023 - 16:30 (Last updated: 21 May 2025 - 20:15)
WhatsApp Image 2023-11-13 at 19.11.43

“Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi “Sevgi dünyanı xilas edəcək! Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması” layihəsi ilə bağlı tədbirləri davam etdirir.

Təşkilat bu təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

Layihənin məqsədi barədə danışan layihə rəhbəri Kubra Məmmədova bildirib ki, məqsəd ailədə mənəvi bağların möhkəmlənməsinə kömək edəcək layihə çərçivəsində məişət zorakılığından əziyyət çəkən, bütün gününü işə həsr edən və bir sira problemlər səbəbindən övladına vaxt ayıra bilməyən valideynlərin diqqətini cəlb etməkdir. Bunun üçün müəyyən təbəqədən olan və təşkilata müraciətlər əsasında seçilən ailələrdən vəziyyətləri yaxşı olmayan valideynlərin bu vəziyyətin yaxşılaşdırılması istiqamətində Şəki şəhərində və paytaxtda psixoloqlarla görüşləri həyata keçirilib.

K.Məmmədova açıqlama verərkən onu da əlavə edib ki, layihənin icrası zamanı bu kimi tədbirlərin cəmiyyətimiz nə dərəcədə əhəmiyyətli olduğunub bir daha fərqinə varib: “İlk növbədə bildirmək istəyirəm ki, psixoloji görüşlər üçün təşkilatımız psixoloq seçiminə çox əhəmiyyət verib. Seçmiş olduğumuz psixoloqlar işlərində proffesional və məhz  bu istiqamətdə fəaliyyət göstərən psixoloqlardır ki, bu da layihəmizin səmərəliliyini daha da artırmış oldu. Seanslardan sonra müraciət edən şəxslərlə şəxsən görüşüb fikirlərini öyrəndik. Heç bir iştirakçı bu prosesdən narazı qalmadı. Hətta bu seansların davamını istəyən və övladlarını da gətirmək istədiklərini bildirən valideynlərin sayı kifayət qədər idi. Bu isə layihəmizin məqsədinə çatdığını göstərir. Bu məqam bizi sevindirsə də, problemin dərin olması bir o qədər məyus etdi”.

Azpost.info

 

Post navigation

Previous: Ərəb liderləri Qəzzada xəstəxanaya hücumdan sonra Baydenlə görüşü ləğv ediblər
Next: Türkmənistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.