Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Orkhan Ali 20 Aprel 2024 - 11:33 (Last updated: 21 May 2025 - 20:15)
Boşanma

Boşanma

Hazırda biz ailə institutuna təhdidləri görürük. Bu da həmin məsələlərə diqqətin artırılmasını, ailələrin daha da güclənməsini, ailələrin inkişafı istiqamətində güclərin birləşdirilməsini vacib edir. Dövlətimizdə ailə məsələləri prioritetdir, bu istiqamətdə addımlar atılsa da, zaman və ailə institutu ətrafında gedən proseslər yeni yanaşmalar tələb edir. Bu baxımdan mediasiya məsələləri ailə münaqişələrində çox mühüm addım idi. Qısa müddətdir fəaliyyət göstərsə də müsbət nəticələri görə bilirik.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ailə institutu məsələlərində əsas addımlardan biri də prosesə psixoloqların cəlbidir. Komitə üzərində bu məsələlərin həlli istiqamətində ilk addım kimi beynəlxalq təcrübənin öyrənilməsi durur. Bu istiqamətdə işləri planlaşdırırıq. Bizim üçün ən yaxşı təcrübə Türkiyə təcrübəsidir. İlin ikinci yarısında bizim bu istiqamətdə konkret addımlarımız olacaq.

Ailə məsələlərində, xüsusilə ailə münaqişələrində həssas yanaşmanın çox önəmli olduğunu deyən A.Sofiyeva əlavə edib: “Çox təəssüf ki, nikahların sayında azalma, boşanmaların sayında isə artım görürük. Bu, bizi narahat edir. Boşanmaların sayının azalması bizim əsas prioritetlərimizdəndir. Ailədaxili münaqişələrdə mediasiyanın rolu prosesin daha az zərərlə həllinə nail olmaqdır. Ailə münaqişələrində ən çox əziyyət çəkən uşaqlardır. Mediasiyanın boşanmaların sayının azalmasında əhəmiyyətli rol oynadığını bilirik. Mediasiya ilə problemin dərinliyinə enə və onun həllinə haradasa nail ola bilirik. Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür. Biz boşanmaların əsas səbəbi kimi tərəflərin bir-birinə qarşı dözümsüzlüyünü, müəyyən məsələlərə yanaşmalarda fərqli baxışlarını görürük. Bunu qarşılıqlı müzakirə ilə çıxış yolu tapıb həll etmək olar. Komitə olaraq burada mediasiyanın rolunu çox böyük qiymətləndiririk. Ailədaxili mübahisələrlə bağlı müraciət edənlərin çoxunun sosial dəstəyə ehtiyacı olduğunu nəzərə alsaq, onlara göstəriləcək xidmətlərin ödənişsiz olması və dövlət tərəfindən təmin edilməsi də arzuolunandır”(azərtac).

Post navigation

Previous: Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib
Next: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Oxşar xəbərlər

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.