Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Orkhan Ali 20 Aprel 2024 - 11:52 (Last updated: 21 May 2025 - 20:15)
hulusi kilic

Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə real əməkdaşlıq edirlər. Xarici təhrikedici faktorlara baxmayaraq, sülh və sabitlik naminə rasional addımlar atılır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Ictimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç səsləndirib. Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsini “mühüm və cəsarətli qərar” adlandıran Kılıç bu münasibətlə Azərbaycan və Rusiyanın ali rəhbərlərini təbrik edib.

Onun sözlərinə görə, prezidentlər İlham Əliyev və Vladimir Putin bu tarixi qərarı olduqca düzgün, rasional və sahədə yaranmış reallıqları nəzərə alaraq qəbul ediblər.

“Fikrimcə, hər iki dövlət başçısı obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna çəkmək üçün cızdıqları planları alt-üst ediblər”, – deyə sabiq səfir bildirib.

O qeyd edib ki, region xaricindəki müəyyən qüvvələr bölgəmizdə yenidən qarşıdurma mühiti yaratmağa çalışır və bunun üçün əllərindən gələni edirdilər.

“Planlar çox məkrlidir. ABŞ-dan bu məsələyə verilmiş şərhə diqqət yetirin: “Rusiya Qarabağdan sülhməramlı kontingentini çıxarrmaqla necə etibarsız müttəfiq olduğunu göstərdi”. Sadəcə, bu bəyanat özü-özlüyündə həmin dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir. Bir diplomat olaraq demək istərdim ki, belə açıqlamalar ciddi qalmaqal və hətta təxribatdır”, – deyə Hulusi Kılıç əlavə edib.

O vurğulayıb ki, Qərb dairələrinin bu cür mövqeyinin əsl səbəbi məlumdur: “Türkofobiya, Azərbaycanofobiya və islamofobiya. Bir də ermənilərdən öz maraqları və məqsədləri üçün maksimum dərəcədə sui-istifadə etmək”.

Türkiyəli ekspert Fransanın Cənubi Qafqazla bağlı siyasətinə də diqqət çəkərək deyib: “Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ ermənilərini terrorçu kimi yetişdirmək və Qafqaza göndərmək. Bu da alınmasa, Ukrayna, yaxud Afrika ölkələri və ya koloniyalarında onlardan muzdlu qatil kimi istifadə etməkdir”.

Tarixə nəzər salan sabiq səfir xatırladıb ki, fransızlar hələ ötən əsrin əvvəllərində ermənilərdən Osmanlının Maraş bölgəsində dinc türk əhalisinə qarşı qanlı cinayətlər törədmək üçün istifadə etmişdi, məğlub olduqdan sonra isə onları təkbaşına qoyaraq aradan çıxmışdı. Diplomatın sözlərinə görə, Parisin siyasəti günümüzdə də ermənilər üçün ağır nəticələr verə bilər.

“Ermənistan və havadarları artıq həqiqəti qəbul etməlidir. Bu bölgənin, Qafqazın lideri İlham Əliyevdir. Onun hər bir sözü imza mahiyyəti daşıyır, nə deyirsə, onu da edir. Ermənilər bu böyük liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin xoşbəxt və firavan gələcəyi naminə irəli sürdüyü faydalı ideyalardan istifadə etməlidir! Gecikirlər. Sülh fürsəti yaranıb, sonra çox gec olacaq”, – deyə Kılıç vurğulayıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevin bölgədə sülh və sabitlik istiqamətindəki səylərini tam dəstəklədiyini bildirib: “Zaman gələcək, şanlı Türk tarixində İlham Əliyev fenomeninin yerini, rolunu gələcək tarixçilər, tədqiqatçılar, analitiklər daha dərindən öyrənəcəklər. Həqiqət budur ki, Türk milləti ona xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını unutmadığı kimi, Prezident İlham Əliyevin xidmətlərini də əbədi olaraq qəlbində yaşadacaq”.

Post navigation

Previous: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür
Next: İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının razılaşmasını qiymətləndirib

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.