Co Baydenin ailə üzvləri onun prezidentlik yarışından mümkün geri çəkilmə planını müzakirə ediblər.
Azpost.info xəbər verir ki, NBC mənbələrə istinadən məlumat yayıb.
Müzakirə Baydenin seçki kampaniyasının nümayəndələri ilə aparılıb.
Mənbənin sözlərinə görə, söhbətin əsas məğzi ondan ibarət olub ki, Baydenin prezidentlik yarışından geri çəkilməsi Demokrat Partiyasına Donald Trampı məğlub etmək üçün ən əlverişli mövqe verməlidir.
Ailə üzvləri bildiriblər ki, Bayden geri çəkilmə elanının onun seçdiyi vaxt çərçivəsində olmasını istəyir. Bundan başqa, tərəflər Ağ Ev rəhbərinin seçki kampaniyasının onun sağlamlığına, ailəsinə və ölkədəki sabitliyə təsirini müzakirə ediblər.
Azpost.info