Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Akkord İnşaat”ın kemiş sahibinə hökm oxundu

User 02 Mart 2026 - 15:23 (Last updated: 02 Mart 2026 - 16:17)
ilqar haciyv

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, İlqar Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlqar Hacıyevə ötən ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, onun barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Daha sonra ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək “SDI Group” MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

AzPost.az

Post navigation

Previous: Tehranda yeni partlayışlar baş verib
Next: İpoteka kreditli üçün müraciətlərin qəbulu başlanır

Oxşar xəbərlər

Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36

xƏBƏR

tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, 2026-cı il fevralın 28-də “Epik qəzəb” (Epic Fury) əməliyyatı başlayandan bəri...
Read more about “İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı ayaq sismek
  • Maraqlı

Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

User 16 Noyabr 2026 - 18:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.