“Akkuyu” AES-nin birinci bloku işə salınma ərəfəsindədir

“Rosatom” yaxın vaxtlarda Türkiyədə inşa olunan “Akkuyu” atom elektrik stansiyasının 1 nömrəli enerji blokunun işə salınması ərəfəsində yekun nəzarət mərhələsinə başlamağı planlaşdırır.

AZƏRTAC dövlət korporasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 19-da “Rosatom”un baş direktoru Aleksey Lixaçov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar AES-in tikinti sahəsinə baş çəkiblər. Hazırda birinci enerji blokunda istismara vermə işləri və bütün sistemlərin kompleks yoxlanışı aparılır. Yaxın vaxtlarda işəsalınma öncəsi son nəzarət mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Dörd enerji blokunun hamısında və yardımçı qurğularda da işlər davam etdirilir. Ümumilikdə layihə çərçivəsində 560 bina və qurğunun tikintisi nəzərdə tutulur.

Türkiyənin energetika naziri bildirib ki, “Akkuyu” AES-in birinci reaktorunun tikintisi 99 faiz tamamlanıb.

“Akkuyu” AES Türkiyədə inşa olunan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya istehsalı olan 3+ nəsil VVER tipli reaktorlara malik dörd enerji blokunu əhatə edir. Hər bir enerji blokunun gücü 1200 MVt təşkil edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.