Aktyor Donald Sazerlend 88 yaşında vəfat edib

Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə vəfat edib.

Aktyorun ölümünə dair məlumatı iyunun 20-də oğlu Kifer Sazerlend sosial şəbəkə hesablarında paylaşıb.

“Atam Donald Sazerlendin vəfat etdiyinə dair məlumatı ürək ağrısı ilə sizinlə bölüşürəm. Şəxsən mən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm”, – Kifer Sazerlend qeyd edib.

50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend 140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996; 2003) mükafatlarının və fəxri Oskar laureatıdır(apa).

Əvvəlki məqalə

İngiltərə Danimarka ilə heç-heçə edib

Sonrakı məqalə

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib