Alatavada evi sökən ekskavator sürücücü azadlığa buraxılıb

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barədə qərar verilib.

APA-nın əldə etdiyi məlumata görə, Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.