Aldığı divanın altından 36 min dollar tapdı, sahibinə qaytardı –FOTO

Kaliforniyanın Kolton şəhərində Viki Umodu adlı qadın reklamdan yararlanaraq pulsuz götürdüyü köhnə divandan 36 min dollar tapıb. Amerikalı qadın pulu sahiblərinə qaytarıb.

Bu barədə “ABC7News”un məlumat verib.

Qadın yastıqların içərisində yüz dollarlıq əskinaslar olan zərflərin gizlədildiyini görüb və dərhal elanın müəllifləri ilə əlaqə saxlayıb. Onlar yenicə dünyasını dəyişən kişinin qohumları olublar.

Qadın bütün məbləği sahiblərinə qaytarıb və bu əməlinə görə ona təşəkkür olaraq 2200 dollar verilib. Viki bu pula yeni soyuducu alacağını deyib.

Əvvəlki məqalə

Kəlbəcərdə jurnalistərimizin şəhid olmasından bir il ötür

Sonrakı məqalə

“Rusiya Qərbdən, Qərb də dünyadan təcrid olunub” –