Aleksey Navalnı Saxarov mükafatına layiq görülüb

Rusiyalı müxalifətçi blogger Aleksey Navalnı Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatına (Saxarov mükafatı) layiq görülüb.

Bu barədə Avropa Parlamentinin Prezidenti David Sassoli “Twitter”də bildirib.

Avropa Parlamentinin Prezidentinin sözlərinə görə, A. Navalnının mübarizəsi ona azadlığı və həyatı bahasına başa gəlib.

“Bugünkü mükafat Navalnının böyük cəsarətini tanıyır və biz onun dərhal sərbəst buraxılması üçün çağırışımızı təkrar edirik”, – D. Sassoli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana gedib

Sonrakı məqalə

“Soruşuram: vaksin vurdurmusan? Deyir-yox…” –