“Soruşuram: vaksin vurdurmusan? Deyir-yox…” –

Putin vaksindən qorxan qrup yoldaşlarından danışdı
20 Oktyabr 2021 - 18:57
SOCHI, RUSSIA – MAY 6, 2021: Russia's President Vladimir Putin holds a meeting with Russia's Deputy Prime Minister Tatyana Golikova via a video link-up from Bocharov Ruchei residence. Alexei Druzhinin/Russian Presidential Press and Information Office/TASS Ðîññèÿ. Ñî÷è. Ïðåçèäåíò ÐÔ Âëàäèìèð Ïóòèí â ðåçèäåíöèè "Áî÷àðîâ ðó÷åé" âî âðåìÿ âñòðå÷è â ðåæèìå âèäåîêîíôåðåíöèè ñ âèöå-ïðåìüåðîì ÐÔ Òàòüÿíîé Ãîëèêîâîé. Àëåêñåé Äðóæèíèí/ïðåññ-ñëóæáà ïðåçèäåíòà ÐÔ/ÒÀÑÑ

Rusiya prezidenti Vladimir Putin bu gün hökumətin müşavirəsi zamanı koronavirusa qarşı vaksin vurdurmaqdan çəkinən qrup yoldaşları haqda danışıb. virtualaz.org xəbər verir ki,  hökumətin YouTube kanalında canlı yayımlanan müşavirəsi zamanı baş nazirin müavini Tatyana Qolikova Rusiyada son vaxtlar yoluxma və ölüm hallarının kəskin artması, xəstəxanaların dolması, səhiyyə sisteminin həddən artıq yükləndiyi haqda məruzə edib. Təklif edib ki, insanlar arasında təmasların qismən azaldılması üçün oktyabrın 30-dan noyabrın 7-nə qədər ölkə üzrə qeyri-iş günləri elan edilsin.

Putin müşavirədə tapşırıq verib ki, koronavirusla mübarizə üçün bütün resurslar səfərbər edilməlidir. O, Avropadakı vəziyyətin Rusiyadan daha ağır olduğunu, insanların bəzən günlərlə xəstəxanalarda yer tapa bilmədiyini deyib. Bildirib ki, hökumət Rusiyada belə vəziyyətin yaranmaması üçün bütün mümkün olanı etməlidir.

Rusiya prezidenti  əhalini vaksin vurdurmağa çağırıb. Ölkədə vaksinasiya səviyyəsinin olduqca aşağı olmasından narahatlıq ifadə edib. Eyni zamanda bildirib ki, pandemiyanın əvvəllərində onun yaxın ətrafında olan adamlar da vaksin vurdurmaqdan çəkinirdilər. Putin bunların arasında qrup yoldaşlarının da olduğunu deyib.

“Yadımdadır, lap əvvəldə yaxın adamlardan, qrup yoldaşlarımdan soruşuram: vaksin vurdurmusan?. O da məndən soruşur-Yox, bəs sən?-Gözləyirəm, sən vurdur, sonra, və s., və ilaxır. Yaxşı, axırda mən vaksin vurdurdum, yenə soruşuram-vaksin vurdurdun? Deyir-yox. Deyirəm, niyə? Deyir bilmirəm, hələ baxacam, gözləyim görüm nə olacaq. Qəribə adamlardır. Yaxşı təhsil alıblar, elmi dərəcələri var. Mən anlamıram, nə baş verir. Bizdə etibarlı, effektiv vaksinlər var və bu haqda bir daha demək istəyirəm-bizim iki yolumuz var, ya xəstələnmək, ya vaksin vurdurmaq”,-Putin təəcübləndiyini gizlətməyib.