Aleksey Navalnı xəstəxanadan buraxılıb

Aleksey Navalnı xəstəxanadan buraxılıb.

APA-nın “Associated Press”ə istiadən verdiyi xəbərə görə, bu barədə onun müalicə aldığı “Charite” klinikasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri A. Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq səfir Eldar Həsənovun biznes şəriki həbs edilib

Sonrakı məqalə

Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı açıqlandı