Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır –YENİLƏNİB

Bu gün səhər zəhərlənmə şübhəsi ilə Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilən bloger Aleksey Navalnı komadadır.

Bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

“Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, – deyə o qeyd edib.

**

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib.

Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

  1. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

O vurğulayıb ki, A. Navalnıy səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lotu Quli” Türkiyədə qətlə yetirilib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məlumatı