“Lotu Quli” Türkiyədə qətlə yetirilib

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

 Anadolu Agentliyinin verdiyi xəbərə görə, “Lotu Quli” Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

N.Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 

İlkin məlumata görə, hadisəni törədən “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT-nin baş katibi və ABŞ-ın dövlət katibi arasında İran üzrə görüş keçiriləcək

Sonrakı məqalə

Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır –